BEZKRASKA BAKU

Batıq təmiri — qapı, kapot, qanad

Bakıda batıqların boyasız bərpası. Xalq arasında bezkraska və ya dəmirçi-rəngsiz deyilən üsul: metal öz formasına qayıdır, boya olduğu yerdə qalır.

Batığın şəklini göndər 070 301 76 57
Başlanğıc40 ₼
Bir batıq1–3 saat
Reytinq4.9 ★
Səyyarvar

Panelə görə batıq təmiri

Qapı batığı

Ən çox rast gəlinən hal — parkinqdə yan qapının açılması. Qapı örtüyü çıxarılır, usta qarmağı içəridən yeridir və batığı nöqtə-nöqtə qaldırır. Qapı PDR üçün ən əlverişli paneldir: arxa tərəfə giriş rahatdır, nəticə demək olar həmişə tamdır.

Kapot batığı

Kapotun altındakı karkas girişi məhdudlaşdırır, amma əksər hallarda karkas arasından yol tapılır. Dolu dənələrindən qalan çoxsaylı kiçik batıqlar da məhz bu panel üzərində olur — bunun üçün ayrıca səhifə var.

Qanad əziyi

Ön və arxa qanadlar dar həndəsəyə malikdir, xüsusən təkər arxası hissə. Bəzən qanad astarının çıxarılması lazım gəlir. Nəticə isə eyni: şpatlyovka yox, boya yox.

Tavan və baqaj qapağı

Tavanda tavan örtüyünün qismən endirilməsi tələb oluna bilər. Baqaj qapağı isə qapıya bənzəyir — giriş rahatdır.

Sürücü qapısında uzun batıq — təmirdən əvvəl, Bakı
Əvvəl — sürücü qapısı
Sürücü qapısı boyasız batıq təmirindən sonra
Sonra — 1 günə hazır

Prosesi necə aparırıq

Nə vaxt boyasız üsul kifayət etmir

Boya qatı çatlayıbsa və ya qopubsa, metal cırılıbsa, batıq panelin kənarına çox yaxındırsa — PDR tək başına tam nəticə vermir. Belə hallarda ya qismən boyama lazım olur, ya da nəticənin məhdud olacağını əvvəlcədən deyirik. Vaxtını itirməyəsən deyə bunu şəkil mərhələsində, gəlməmişdən əvvəl bildiririk.

Suallar

Qapıdakı batıq boyasız düzəlirmi?

Bəli, qapı batıqları PDR üçün ən uyğun hallardandır. Qapı örtüyü çıxarılır, qarmaq panelin arxasına çatır, boya qatına toxunulmur.

Kapotdakı batıq üçün kapotu sökmək lazımdırmı?

Əksər hallarda yox — karkas arasından giriş tapılır. Yalnız karkasın tam bağladığı nöqtələrdə qismən sökülmə lazım gəlir.

Dəmirçi-rəngsiz nə deməkdir?

Bu xidmətə Azərbaycanda xalq arasında deyilən addır: dəmirçi işi görülür, rəng vurulmur. Eyni şeyin digər adları — bezkraska, boyasız batıq təmiri.

Batıq təmiri neçə vaxt çəkir?

Bir batıq 1–3 saat, bir neçə panel 1 gün. Panel sökülməsi lazım gələrsə müddət əvvəlcədən razılaşdırılır.

Qiymət neçədən başlayır?

Kiçik batıqlar 40–50 ₼-dən. Dəqiq məbləğ üçün şəkli WhatsApp-a göndər — dərhal deyirik.

Ünvan

Bakı, Ukrayna dairəsi — Məhəmməd Hadi 136p, Kontakt Home yaxınlığı. Hər gün 24 saat. Gələ bilmirsənsə səyyar xidmət var.

WhatsApp-dan qiymət al Qiymət cədvəli
Boyasız əzik təmiri Dolu zədəsi Qiymətlər Səyyar bezkraska Ремонт вмятин Ana səhifə